Əmirli

Əmirli yoxsa İmirli tarixi parodoks (“Bir” kəndin adının mübahisə yaradan “İki” adı )

 Yer üzündə yaşayan xalqlar  bir etnos kimi yaşadığı bölgəni özünə yurd edəndə yurdun adını seçmək hüququnu özlərində saxlamışlar. Xüsusəndə müxtəlif səbəblərdən yerlərini dəyişərək sancağını  yurd edinmiş torpaqlarda sancaraq mədəniyyətlər qurmuş  xalqlara aiddir.Türk toplumunun yayıldığı coğrafiyada biz bunun şahidi ola bilərik. 
   Beləki türk toplumunun yayıldığı coğrafiyada mövcud oykonim, hidronim və toponimlər demək olar ki, birbaşa tayfa adları ilə bağlıdır.Yəni etnotoponimlərdir. Azərbaycan ərazisinin coğrafi baxımdan yerləşdiyi mövqeyinə əsasən zaman – zaman yadelli hücumlarına məruz qalmışdır. Asiya və  Avropanın qovşağında yerləşən vətənimiz həmdə öz üzərindən köç edən müxtəlif türk və qeyri türk tayfalarının axınları ilə üzləşmişdir.       Bütün bu proseslər özünü xalqın etnogenezisi və yurd yerlərinin adlarında daha qabarıq şəkildə büruzə vermişdir.
    Ərəb işğalları Azərbaycan ərazisinin coğrafi məkan olaraq vahid şəkildə birləşdirməklə yanaşı özünə dərin kök sala bilməmiş yerli dinləri sıxışdırıb aradan çıxararaq yeni təkallahlı din olan İslam dinini gətirmişdir. Ərəblər işğalçılıq siyasətini zamanla genişləndirmək və bu bərəkətli torpaqlarda möhkəmlənmək məqsədi ilə xeyli sayda ərəb tayfalarını Ərəbistanın müxtəlif bölgələrindən buraya köçürmüşdür. Ərəblərlə bağlı xeyli sayda yer adları hal-hazırda bir çox yaşayış məntəqələrinin adında qorunub saxlanır.Bərdə şəhəri ərəb ağalığı dönəmində əmirlik mərkəzi olduğundan dolayı ətraf yaşayış məntəqələrində bir sıra adlar ərəbmənşəlidir.
      Bizim Əmirli kəndinin adının birbaşa ərəblərlə bağlantılı olması kökündən yanlış fikirdir. “Əmirli”toponiminin yuxarıda qeyd etdiyim kimi əmirlik mərkəzinin burda yerləşməsi ilə ərəblərə  bağlamağa çalışmaq xam xəyaldan başqa bir şey deyildir.”Əmirli” konkret olaraq türk mənşəli etnotoponimdir. Buna sübut kimi bir neçə müqayisəni göstərməyə çalışacam. İmirli ,İmir,Əmirli kimi yer adları tək Azərbaycan ərazisində deyil Türkiyə,Gürcüstan,indiki Ermənistan ərazisində geniş bir coğrafiyaya  yayılmış türk tayfası olan səlcuq oğuzlarının tərkibinə daxil olan əfşarların eymur qolunun “imir” tirəsinin adı ilə bağlıdır. Müqayisə üçün qeyd etməliyəm ki, toponim oğuzların eymur etnoniminə mənsubluq bildirən -li şəkilçisinin qoşulması ilə əmələ gəlib «eymurların (əmirlərin) yaşadığı kənd» mənasını ifadə edir. Oğuzların eymur tayfasının adı həm də “imir” formasında qeyd edilir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. XIV əsr müəllifi Rəşidəddin oğuzların Eymur tayfasının adını İmur kimi vermişdir
     Azərbaycanda İmirli (Bərdə r-nu) və Ermənistanda Abaran r-nunda İmirli kəndinin  adı ilə mənşəcə eynidir. Rayon mərkəzindən 10 km məsafədə, Abaran çayının sol tərəfində yerləşir. Erməni mənbələrində kəndin digər adı “Əmir”-li göstərilir.Mənbələrdə kəndin XVII əsrdə salındığı qeyd edilir.Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Ttucur (Turşsu) qoyulmuşdur. Digər bir yaşayış məntəqəsi isə İmirzik - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində kənd olmuşdur. Dəvəgözü çayının yanında, Gərniçayın sol axarında yerləşirdi. 
   1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Əmirzik formasında 

Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim 24 oğuz tayfalarından biri olan eymur (imir) etnoniminə -zik şəkilçisinin artırılması ilə düzəlmişdir. -zik kiçiltmə mənası bildirən -cik şəkilçisinin dialekt formasıdır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 1930 - cu illərdə Vedi (Ararat) rayonunun inzibati ərazi bölgüsünə daxil idi.

    XII-XIII-əsrlərdə Anadolu yarımadasında yaşayan tayfalardan biri də İmir idi. Hal- hazırda Türkiyə ərazisində Kırıkkale vilayətində İmirli kəndi mövcuddur.


   Gürcüstanda olan yer adları ilə müqayisə ilə yaxından tanış olaq. 

İmeri- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı X1X əsrin II yarısında kəndin əhalisi Türkiyədən gəlmə yunanlar və ermənilər idi.İmir adının gürcücə yazılış formasıdır. Gürcüstanda İmer və İmir Səlcuq oğuzlarının Eymur tayfasının adının danışıqda fonetik forması və ya Əfşarların Əmirli tayfasının adıdır. Azərbaycanda bu tayfanın adı Emir kənd adında bilinməkdədir (Gədəbəy r-nu) . İmerxevi- Kareli r-nunda kənd adı İmir (əsli Eymur) tayfa adından və gürcücə xevi "dərə" sözündəndir. İmirasani- Bolnisi r-nunda kənd adı. İndi gürcücə Svaneti İmir Həsən kənd adının gürcücə yazılışıdır. İmir- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı tam adı İmir Həsənlidir.

     Mənbədə Tiflis əyalətində İmir Həsənli adlı tayfanın yaşaması qeyd olunmuşdur. Mənbələrdə türk noqayların içərisindədə bir tayfanın İmir adlanması diqqəti cəlb edir. Noqaylar mənşəcə qıpçaqlara bağlıdır.Bu səbəbdən güman edilir ki, İmir tayfası Cənubi Qafqaza qıpçaqların tərkibində gəlmişdir.  Borçalı qəzasında İmir, İmirli Baydar nahiyəsində kənd adı. Mənbədə kəndin İmir eli, Onbaşı və Xızır məhəllələrindən ibarət olduğu göstərilir. İmir Əhmədli-Tiflis əyalətinin Baydar nahiyəsində yaşayan bir kiçik elin adı. İmir Əhmədli- Dəmirçi Həsənli nahiyəsində bir el adı "Pir Əhməd ağa qışlağında İmir Əhmədli camaatı" kimidir.
       İmirçay- Suxumi r-nunda kənd adı. Gürcücə yazılış forması İmerskali.1955-ci ildə kənd gürcücə Şubara adlandırılmışdır.İmir Xəlil qışlağı- Tiflis əyaləsinin Baydar nahiyəsində qışlaq adı . İmir Həsənli- Bolnisi r-nunda kənd adı. Gürcücə yazılış forması İmirasani.
       Beləliklə müqayisəli təhlil apardıqdan sonra belə qənaətə gəlmək olur ki, qıpçaq və əfşar tayfalarının Azərbaycan üzərindən Gürcüstan,Anadolu və indiki Ermənistan ərazisinə yayılıb məskun olmaqla yerli türk tayfaları ilə konsolidasiya edərək  xalqın etnogenezisində yaxından iştirak etməklə toponimlərdə öz adını saxlamışdır.
   Kəndimizin adının  ərəbmənşəli olması fikrinin nə dərəcədə əsassız olması bir daha faktlarla sübut olunmuşdur.Əmirli və İmirli istilahı hər ikisidə türk mənşəli hesab olunmalıdır. ( Məqalənin müəllifi Aslan Qəmbərov )

Mənbələr : GÜRCÜSTANDA TÜRK MƏNŞƏLİ TOPONİMLƏRİN İZAHLI LÜĞƏTİ B.Ə.Budaqov, Q.Ə.Qeybullayev

İbrahim Bayramov QƏRBİ AZƏRBAYCANIN TÜRK MƏNŞƏLİ TOPONİMLƏRİ

Əmirli
Municipality
Əmirli
Coordinates: 40°13′20″N 47°08′55″E / 40.22222°N 47.14861°E / 40.22222; 47.14861Coordinates: 40°13′20″N 47°08′55″E / 40.22222°N 47.14861°E / 40.22222; 47.14861
Country  Azerbaijan
Rayon Barda
Population
  Total 1,762
Time zone AZT (UTC+4)
  Summer (DST) AZT (UTC+5)

Əmirli (also, İmirli) is a village and municipality in the Barda Rayon of Azerbaijan. It has a population of 1,762.

References


    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.